İranda terror aktı: Ölənlər var

 

İranın Sistan-Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı törədilib.

Şəffaflıq.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, terrorçular Saravan şəhərinin mərkəzi meydanına silahlı hücum edib. SEPAH əsgərləri ilə terrorçular arasında baş vermiş atışma zamanı yoldan keçən 3 nəfər həlak olub. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.

SEPAH hadisənin terror aktı olduğunu bəyan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}