Rusiyada terror aktının qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Bürosunun əməkdaşları Nalçikdə terror aktı hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.
Şəffaflıq.az Life.ru-ya istinadən xəbər verir ki, hücumu planlaşdıran dörd İŞİD terrorçusu aşkarlanıb və zərərsizləşdirilib.
Məlumatlara görə, Çeqemsk rayonundakı meşədə gizlənən terrorçular müqavimət göstəriblər və uğurlu əməliyyatla məhv ediliblər.
Hadisə yerində çoxlu sayda silah-sursat aşkarlanıb.
Onların qaldığı evə baxış zamanı partlayıcı qurğunu hazırlamaqda lazım olan komponentlər, eləcə də terror aktının planı tapılıb.
Xəbəri paylaş
Facebook-da paylaş