Bakı – Quba avtomobil yolunda yük maşını piyadanı vurub, öldürüb


 

Yük maşını piyadanı vurub öldürüb.

Şəffaflıq.az məlumat verir ki, hadisə Bakı – Quba avtomobil yolunun Sumqayıtın “Yaşma bağları” adlanan yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyadanı “KaMAZ” markalı yük avtomobili vurub.

Piyada hadisə yerindəcə ölüb. Şəxsiyyəti məlum olmayan kişinin 40-45 yaşlarında olduğu bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}