Bakıda AA seriyalı avtomobil piyadanı vurub öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.
Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}