Bakıda avtomobil 33 yaşlı piyadanı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Əliyev Elçin Tofiq oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çat
dırılıb. Müayinə zamanı ona sol aşıq baldır oynağının əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}