Bakı-Quba yolunda "KamAZ" aşıb, ölən var

 

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az məlumat verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}