Gürcüstan Ukraynada müharibə başlayandan 20 mindən çox Rusiya vətəndaşını qəbul edib

Fevralın 24-dən Ukraynada müharibə başlayandan 13 gün ərzində Gürcüstana 20 mindən bir qədər çox Rusiya vətəndaşı gəlib.
Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin eyni dövründə Gürcüstana səfər etmiş Rusiya vətəndaşlarının sayı 40 min nəfər təşkil edib və bu da cari göstəricidən, təxminən, iki dəfə çoxdur.
Rusiya ilə müvəqqəti viza rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavabında V.Qomelauri bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını deyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}