Əsas Səhifə > REGİON > Gürcüstan Ukraynada müharibə başlayandan 20 mindən çox Rusiya vətəndaşını qəbul edib
Gürcüstan Ukraynada müharibə başlayandan 20 mindən çox Rusiya vətəndaşını qəbul edib9-03-2022, 13:21 |
Fevralın 24-dən Ukraynada müharibə başlayandan 13 gün ərzində Gürcüstana 20 mindən bir qədər çox Rusiya vətəndaşı gəlib. Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə bildirib. Onun sözlərinə görə, 2019-cu ilin eyni dövründə Gürcüstana səfər etmiş Rusiya vətəndaşlarının sayı 40 min nəfər təşkil edib və bu da cari göstəricidən, təxminən, iki dəfə çoxdur. Rusiya ilə müvəqqəti viza rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavabında V.Qomelauri bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını deyib. Geri qayıt |