Gürcüstanın DİN rəhbəri: “Batumidə dağıntılar altında 10-a yaxın insan qalıb”
“Zənnimcə, Batumidə dağıntılar altında qalanların sayı 10-dan çox olmamalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, onların arasında iki-üç uşaq ola bilər.
V.Qomelaruri qeyd edib ki, xilasedicilərin meyit aşkarladığı güman edilir, lakin bununla bağlı məlumat hələ dəqiqləşdirilir.
O, axtarış-xilasetmə işlərinin bütün gecə və sabah da davam etdiriləcəyini bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş