Gürcüstan baş naziri Azərbaycana səfər edəcək

“İlk səfərlərimdən biri yaxın və dost ölkəmiz Azərbaycana olacaq”.
Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.
O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Azərbaycanı müdrik rəhbəri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var”.
İ.Qaribaşvili Azərbaycanla sərhədlə bağlı danışıqlar aparacağını söyləyib: “İnanıram ki, cənab İlham Əliyev və dost Azərbaycanla birgə dialoq aparıb məntiqli qərar qəbul edəcəyik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}