Gürcüstan hərbi təyyarələrin istehsalını bərpa edə bilər

 


“Gürcüstan hökuməti ölkədə hərbi təyyarələrin istehsalını bərpa etməyi planlaşdırır”.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanda intellektual resurslar var: “Unikal yüksək texnologiyalı məhsullar hazırlayan şəxslər indiyədək ölkədə yaşayır. Mən hərbi təyyarələrin istehsalının bərpa olunması məsələsini hökumət qarşısında qaldıracağam”.

İ.Qaribaşvili əlavə edib ki, ölkədə hərbi təyyarələrlə yanaşı, raket və müxtəlif yüksək texnologiyalı məhsulları da istehsal etmək mümkündür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}