Rusiya vətəndaşları Gürcüstana səfər edə bilərlər

 

Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın 6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.


Şəffaflıq.az bildirir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar hələ ki bağlıdır. Ona görə də Rusiya vətəndaşları Gürcüstana birbaşa uçuşların olduğu ölkələrdən gələ bilərlər.

Nazirlik, həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də olduğunu bildirir.

Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə birbaşa Bakıya uçaraq, sonra Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ bilərlər.

“Rusiya vətəndaşları Gürcüstana gəldiyi zaman son 72 saat ərzində əldə olunan "PCR" testini təqdim etməlidirlər”, – deyə nazirlikdən bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}