ABŞ dövlət katibinin Gürcüstana səfəri başlayıb
ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstana ikigünlük səfər edib.
Şəffaflıq.az xəbər verir ki, dövlət katibinin olduğu təyyarə Tbilisi hava limanına enib.
M.Pompeo sabah Gürcüstanın baş naziri Giorgi Qaxariya, prezident Salome Zurabişvili, xarici işlər naziri David Zalkaliani və patriarx II İlya ilə görüşəcək. Onun vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü də nəzərdə tutulub.
Rəsmi görüşlərdə ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlığın prioritet istiqamətləri, müdafiə və təhlükəsizlik, ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş