Ukraynada partlayışlar olub, Rusiya ordusu Kiyev, Xarkovun mühasirəsinə çalışır
Bakı vaxtı ilə 6 mart, saat 02:00-da Ukrayna paytaxtının bir neçə rayonunda partlayış səsləri eşidilib.
Şəffaflıq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə hazırda Kiyevdə olan şahidlər məlumat veriblər.
Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqları çağırılıb.
Ukrayna ordusunun Baş Qərargahından verilən məlumata görə, Rusiya ordusu aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər.
Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.
Facebook-da paylaş