Ukrayna hərbçiləri Makarov yaxınlığında Rusiya texnika karvanını əhatəyə alıb

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Makarov şəhəri yaxınlığındakı Rusiya texnikası karvanını əhatəyə alıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə "Ukrayna Hərbi Televiziyası" məlumat yayıb. Televiziya bununla bağlı videogörüntünü də yayıb.
Qeyd edilir ki, Ukrayna hərbçiləri fevralın 28-də yerli vaxtla saat 00:00-dan sonra Kiyev vilayətinin Makarov şəhəri yaxınlığında düşmən texnikası karvanını əhatəyə alıblar.
"Bizim oğlanlar düşmən texnikası kolonunu əhatəyə aldılar. Rusiya "Qrad"ları və tankları gecələməyə qalxdılar. Və onlar mütləq rahat yatacaqlar", - xəbərdə deyilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}