Ukrayna Prezidenti: "Rusiya ilə müharibə ola bilər"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.
Şəffaflıq.az TAAS-a istinadən xəbər verir ki, o, “YES Brainstorming” forumunda aparıcının Rusiya ilə Ukrayna arasında müharibənin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.
“Hesab edirəm ki, müharibə ola bilər”, - Ukrayna Prezidenti bildirib.
V.Zelenski əmindir ki, hadisələrin belə inkişafı yanlış variant olardı: “Çünki bu baş verərsə, Rusiya, Ukrayna və Belarusun qonşuluğu heç vaxt olmayacaq”.
Xəbəri paylaş
Facebook-da paylaş