Yığıncaq Ulu Öndər H.Əiyev və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Asan Xidmətinin kollektivi və Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Qasımlı Tural Şahnəzər oğlu və aparatın əməkdaşı Məmmədov Altay Abduləhəd oğlu iştirak ediblər. Tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri Zəka Muradov açaraq dəyərli qonaqları və tədbir iştiraşçılarını salamladı. Daha sonra Z.Muradov yığıncağın gündəliyindəki 2 əsas məsələni tədbir iştirakçılarının nəzərinə çatdırdı.
1) Şamaxı Asan Xidməti Mərkəzinin 81 saylı ərazi təşkilatının 6-cı qurultaydan sonrakı dövr ərzindəki hesabat vermək;
2) Şamaxı Asan Xidməti Mərkəzinin 81 saylı ərazi partiya təşkilatının sədrini və onun müavinini seçilməsi.
Daha sonra Zəka Muradov Şamaxı Asan Xidməti Mərkəzinin 81 saylı ərazi təşkilatının VI qurultaydan sonrakı dövr ərzindəki gördüyü işlərdən hesabat xarakterli çıxış etdi.
Hesabatın ardınca 81 saylı ərazi təşkilatına yeni sədr və müavinin seçilməsi bütün tədbir iştirakçıları arasında açıq səs verməyə qoyuldu. Səsvermə nəticəsində Mərkəzin rəhbəri Muradov Zəka Sadiq oğlu sədr və Hacaqayev Elçin Vaqif oğlu sədr müavini seçildi. Səs vermədən sonra mərkəzin fəalları çıxışlarında Yeni Azərbaycan Partiyasının uzunmüddətli, uğurlu fəaliyyətindən bəhs edərək, partiyanın gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
Son olaraq çıxış üçün söz Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlıya verildi. O, çıxışında Yeni Azərbaycan partiyasının Şamaxı rayon ərazi təşkilatları içərisində 81 saylı təşkilat fəal partiya təşkilatı olduğunu qeyd etdi və bunu yüksək qiymətləndirdi. Son olaraq T.Qasımlı yüksək səviyyəli tədbir üçün mərkəzin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Sonda Şamaxı Regional Asan Xidməti Mərkəzinin rəhbəri Zəka Muradov 81 saylı ərazi partiya təşkilatına seçilmiş yeni sədr və müavini təbrik etdi, onlara uğurlar arzuladı və tədbirdə iştirak edən bütün istirakçılara öz təşəkkürünü bildirərək yığıncağı yekunlaşdırıb. Şəffaflıq.az
Facebook-da paylaş