Şamaxıda “Breyn-rinq” intellektual oyununun rayon çempionatı keçirilib
Şəffaflıq.az xəbər verir ki, Şamaxı regional “ASAN xidmət” mərkəzinin təlim zalında təşkil olunan yarışda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Şamaxı filialının, Şamaxı Dövlət Regional Kollecinin, Şamaxı regional “ASAN xidmət” və Gənclərin İnkişaf və Karyera mərkəzlərinin 50 nəfərə yaxın könüllülərindən ibarət komandaları iştirak edib.
Gərgin və maraqlı keçən intellektual yarışda Gənclərin İnkişaf və Karyera Mərkəzinin “GiKM” komandası I yerə, regional “ASAN xidmət” mərkəzinin “Şah Xəndan” komandası II yerə, ADPU-nun Şamaxı filialının “Qarabağ” komandası isə III yerə layiq görülüb.
Qalib gələn komandalara rayon Gənclər və İdman İdarəsinin diplomları verilib. Birinci yerə layiq görülən “GiKM” komandası həm də kuboka sahib olub.
Facebook-da paylaş