Rusiyanın hücumları nəticəsində Zaporojyedə ölən və yaralananlar var


Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə özünün "Telegram" kanalında vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.

Məlumata görə, yaşayış evinə aviabombanın düşməsi nəticəsində 67 yaşlı kişi həlak olub, binanın dağıntıları altından tapılan 22 yaşlı gəncin həyatı üçün isə heç bir təhlükə yoxdur.

Rusiya dronunun çoxmərtəbəli binaya etdiyi digər hücum nəticəsində iki nəfər yaralanıb.

"Hadisə yerlərində istintaq-əməliyyat qrupları, kriminalistlər, partlayıcı üzrə mütəxəssislər, patrul polisləri və digər müvafiq xidmətlər çalışır", - Fedorov dəqiqləşdirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}