YAP Şamaxı rayon təşkilatının yeni sədri ictimaiyyət nümayəndələrinə təqdim edilib

11 fevral 2022-ci il tarixdə Şamaxı rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yeni təyin edilmiş sədri Tural Qasımlının təqdimat mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə müasir Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ümummilli Liderin xatirəsini böyük ehtiramla yad ediblər.
 
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvə olduğunu, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib.

 İcra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanda Yeni Azərbaycan Partiyasının da inkişafını davam etdirdiyini, partiyanın yeni Nizamnaməsinin hazırlandığını və bu Nizamnamin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirib, YAP Şamaxı rayon təşkilatına yeni təyin edilmiş sədr Qasımlı Tural Şahnəzər oğlunu ictimaiyyətə təqdim edib.
Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sabiq sədri Bəxtiyar Abbasov, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin rayon şöbəsinin üzrə sədri, şəhid anası Güllü Babaşova və digərləri partiyanın rayon təşkilatının fəaliyyətindən, onun rayonda böyük nüfuza malik olmasından danışaraq yeni sədrin fəaliyyəti dövründə ona dəstək olacaqlarından bildirib, məsuliyyətli və şərəfli işdə ona uğurlar arzulayıblar.Sonra təşkilatın yeni sədri Tural Qasımlı çıxış edərək göstərilən böyük etimada görə Partiyanın sədri, Prezident cənab İlham Əliyevə, YAP İdarə Heyətinin üzvlərinə, YAP Mərkəzi Aparatının rəhbərinə və rayon rəhbərliyinə təşəkkürünü bildirib, çətin və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəyinə söz verib.  
Şəffaflıq.az 
Şamaxı şəhəri


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}