Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > YAP Şamaxı rayon təşkilatının yeni sədri ictimaiyyət nümayəndələrinə təqdim edilib
YAP Şamaxı rayon təşkilatının yeni sədri ictimaiyyət nümayəndələrinə təqdim edilib12-02-2022, 20:13 |
![]() Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər. Tədbir iştirakçıları öncə müasir Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ümummilli Liderin xatirəsini böyük ehtiramla yad ediblər. ![]() Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvə olduğunu, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib. ![]() ![]() Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sabiq sədri Bəxtiyar Abbasov, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin rayon şöbəsinin üzrə sədri, şəhid anası Güllü Babaşova və digərləri partiyanın rayon təşkilatının fəaliyyətindən, onun rayonda böyük nüfuza malik olmasından danışaraq yeni sədrin fəaliyyəti dövründə ona dəstək olacaqlarından bildirib, məsuliyyətli və şərəfli işdə ona uğurlar arzulayıblar. ![]() ![]() ![]() ![]() Şəffaflıq.az Şamaxı şəhəriGeri qayıt |