Əsas Səhifə > REGİON / Cəmiyyət > YAP Şamaxı rayon təşkilatı Şamaxı Regional Asan Xidmətinin Mərkəzində 81 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağını keçirib.

YAP Şamaxı rayon təşkilatı Şamaxı Regional Asan Xidmətinin Mərkəzində 81 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağını keçirib.


5-03-2022, 00:00
Yığıncaq Ulu Öndər H.Əiyev və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Asan Xidmətinin kollektivi və Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Qasımlı Tural Şahnəzər oğlu və aparatın əməkdaşı  Məmmədov Altay Abduləhəd oğlu iştirak ediblər.
 Tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri Zəka Muradov  açaraq dəyərli qonaqları və tədbir iştiraşçılarını salamladı.  Daha sonra Z.Muradov  yığıncağın gündəliyindəki 2 əsas məsələni tədbir iştirakçılarının nəzərinə çatdırdı.
 1) Şamaxı Asan Xidməti Mərkəzinin 81  saylı ərazi  təşkilatının 6-cı qurultaydan sonrakı dövr ərzindəki hesabat vermək;
 2) Şamaxı Asan Xidməti Mərkəzinin  81  saylı ərazi partiya təşkilatının  sədrini və onun müavinini seçilməsi.
 Daha sonra Zəka Muradov  Şamaxı Asan Xidməti Mərkəzinin 81  saylı ərazi təşkilatının VI qurultaydan sonrakı dövr ərzindəki gördüyü işlərdən  hesabat xarakterli çıxış etdi.
 Hesabatın ardınca 81  saylı ərazi  təşkilatına yeni sədr və müavinin seçilməsi bütün tədbir iştirakçıları arasında açıq səs verməyə qoyuldu. Səsvermə nəticəsində Mərkəzin rəhbəri Muradov Zəka Sadiq oğlu sədr və Hacaqayev Elçin Vaqif  oğlu sədr müavini seçildi.
 Səs vermədən sonra mərkəzin fəalları çıxışlarında Yeni Azərbaycan Partiyasının uzunmüddətli, uğurlu fəaliyyətindən bəhs edərək, partiyanın gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
 Son olaraq çıxış üçün söz Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlıya verildi. O, çıxışında Yeni Azərbaycan partiyasının Şamaxı rayon ərazi təşkilatları içərisində 81 saylı təşkilat fəal partiya təşkilatı olduğunu qeyd etdi və bunu yüksək qiymətləndirdi. Son olaraq T.Qasımlı yüksək səviyyəli tədbir üçün mərkəzin rəhbərliyinə öz minnətdarlığını bildirdi. 
Sonda Şamaxı Regional Asan Xidməti Mərkəzinin rəhbəri  Zəka Muradov 81  saylı ərazi partiya təşkilatına seçilmiş yeni sədr və müavini təbrik etdi, onlara uğurlar arzuladı və tədbirdə iştirak edən bütün istirakçılara öz təşəkkürünü bildirərək yığıncağı yekunlaşdırıb.
Şəffaflıq.az

Geri qayıt