Bakı-Qazax yolunda ağır QƏZA: Səkkiz nəfər xəsarət aldı

 

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, “Ford” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}