Hacıqabulda avtoqəza baş verib, xəsarət alan var

 

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər - Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}