Əsas Səhifə > Hadisə > Bakı-Qazax yolunda ağır QƏZA: Səkkiz nəfər xəsarət aldı
Bakı-Qazax yolunda ağır QƏZA: Səkkiz nəfər xəsarət aldı23-02-2022, 15:32 |
![]() Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə, “Ford” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırmalara başlanılıb. Geri qayıt |