Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib

 Giorgi Kalandarişvili yenidən Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib.
Şəffaflıq.az xəbər verir ki, parlamentin plenar iclasında 84 deputat onun namizədliyini dəstəkləyib, 2-si əleyhinə olub.
Digər namizəd Tengiz Tevzadzenin namizədliyinin lehinə isə 18 deputat səs verib.
G.Kalandarişvili növbəti 6 ay müddətində MSK-ya sədrlik edəcək.
Qeyd edək ki, G.Kalandarişvil ötən ilin avqustundan MSK-nın sədri olub. Qanunverici orqanda yetərli səs toplanmadığına görə o, bu vəzifəni 6 ay müddətində tutub. Sədrin 5 il müddətinə seçilməsi üçün ən azı 100 səs tələb olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}