Bələdiyyə seçkilərində iştirakı təsdiqlənən namizədlərin sayı AÇIQLANDI
Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, müraciət edən namizədlərdən 2896-sı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə qanunauyğun şəkildə MSK-da baxılır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Facebook-da paylaş