Əsas Səhifə > REGİON > Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib
Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib15-02-2022, 19:04 |
Giorgi Kalandarişvili yenidən Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib. Şəffaflıq.az xəbər verir ki, parlamentin plenar iclasında 84 deputat onun namizədliyini dəstəkləyib, 2-si əleyhinə olub. Digər namizəd Tengiz Tevzadzenin namizədliyinin lehinə isə 18 deputat səs verib. G.Kalandarişvili növbəti 6 ay müddətində MSK-ya sədrlik edəcək. Qeyd edək ki, G.Kalandarişvil ötən ilin avqustundan MSK-nın sədri olub. Qanunverici orqanda yetərli səs toplanmadığına görə o, bu vəzifəni 6 ay müddətində tutub. Sədrin 5 il müddətinə seçilməsi üçün ən azı 100 səs tələb olunur. Geri qayıt |