ÜST “stels-omikron” üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış edib

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun BA.2 altnövü üzərində tədqiqatlara diqqət ayırmaq və onları BA.1 altnövü üzərində tədqiqatlardan ayrı təhlil etməklə bağlı çağırış edib.
Şəffaflıq.az xəbər verir ki, bunu “Report”a ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.
“BA.2 “Omikron” ştamının altnövü hesab olunur. İndiyədək “Omikron” ştamına yoluxmaların çoxu BA.1 altnövünə təsadüf edirdi, lakin bir neçə ölkədə BA.2 altnövünə yoluxma halları artmaqdadır. Bunu diqqətlə izləyirik”, - o deyib.
“Omikron” ştamının PZR testlərlə aşkarlanmayan BA.2 və ya “stels-omikron” adlanan altnövü BA.1 altnövü ilə müqayisədə daha yoluxucudur. Onun əsas simptomları yüksək hərarət, ağır öskürək, həmçinin dad və iybilmənin itirilməsidir. Lakin alimlərin araşdırmalarına görə, bu altnöv “ana” versiyadan 3 dəfə daha yoluxucudur.
ÜST rəsmisi bildirib ki, artıq 57 ölkə GISAID-ə BA.2 altnövünə yoluxma halları haqqında məlumat təqdim edib. Yoluxmada BA.2 altnövünün “Omikron”un əvvəlki variantları ilə müqayisədə həftəlik 50%-dən çox artım nümayiş etdirir.
“BA.2 altnövünün ağırlıq səviyyəsinin BA.1 altnövündən nə dərəcədə fərqli olduğunu hələ bilmirik”, - Yazareviç deyib.
BA.2 altnövü bəzi mutasiyalarla BA.1 altnövündən fərqlənir. Belə ki, bu altnövü PZR testlərlə müəyyən etmək mümkün deyil.
“Pandemiyanın gələcək inkişafı ilə bağlı xeyli qeyri-müəyyənliklər mövcuddur. ÜST bir sıra ssenariləri nəzərdən keçirir, lakin hazırda pandemiyanın qızğın vaxtındayıq. Bizim üçün prioritet sərəncamımızda olan bütün alətlərdən istifadə etməklə insanların həyatlarını xilas etməkdir”, - o qeyd edib.
ÜST rəsmisinin fikrincə, virus epidemiyaya çevrilsə belə, bu o deməkdir ki, təhlükəli və dağıdıcı xarakterli olmayacaq.
“Uzunmüddətli perspektivdə bu virusu nəzarətə götürərək, ağır xəstəlik və yoluxma sayının əhəmiyyətli dərəcədə azalacağına ümid edirik. Kütləvi peyvəndləmə, malik olduğumuz alətlərin geniş əlçatanlığı və onlardan strateji istifadə sayəsində buna nail ola bilərik”, - o fikrini tamamlayıb.

Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}