Polşada “omikron” ştamından ölüm halı qeydə alınıb

Polşada koronavirusun “omikron” ştamına yoluxmuş şəxslər arasında ilk ölüm halları qeydə alınıb.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda bildirilir ki, ölkədə 193 nəfərin “omikron” ştamına yoluxduğu müəyyən olunub. Onlardan 2 nəfəri dünyasını dəyişib. 92 və 85 yaşlı hər iki şəxsin virusa qarşı peyvənd olunmadığı bildirilir.
Ümumiyyətlə, ötən həftə ərzində Polşada “omikron” ştamına yoluxma hallarının sayında 7-8% artım qeydə alınıb.
Nazirliyin məlumatına görə, son sutka ərzində Polşada 11 106 nəfər koronavirusa yoluxub, 13 797 nəfər isə xəstəlikdən sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}