Azərbaycanla həmsərhəd ölkədə 41 nəfərin “Omikron”a yoluxduğu rəsmən təsdiqləndi
Azərbaycanının şimal qonşusu Rusiyada 41 nəfərin koronavirusun yeni “Omikron” ştamına yoluxması rəsmi təsdiqlənib.
Bu barədə COVID-19 ilə mübarizə üzrə əlaqələndirmə şurasının iclasında “Rospotrebnadzor”un sədri Anna Popova məlumat verib.
Onun sözlərinə görə, Rusiyada “Omikron” ştamına yoluxan xəstələrin əksəriyyətində koronavirusa qarşı immunitet var.
Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş