Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > Azərbaycanla həmsərhəd ölkədə 41 nəfərin “Omikron”a yoluxduğu rəsmən təsdiqləndi
Azərbaycanla həmsərhəd ölkədə 41 nəfərin “Omikron”a yoluxduğu rəsmən təsdiqləndi21-12-2021, 22:58 |
Azərbaycanının şimal qonşusu Rusiyada 41 nəfərin koronavirusun yeni “Omikron” ştamına yoluxması rəsmi təsdiqlənib. Bu barədə COVID-19 ilə mübarizə üzrə əlaqələndirmə şurasının iclasında “Rospotrebnadzor”un sədri Anna Popova məlumat verib. Onun sözlərinə görə, Rusiyada “Omikron” ştamına yoluxan xəstələrin əksəriyyətində koronavirusa qarşı immunitet var. Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |