Əsas Səhifə > XARİCİ XƏBƏR > Polşada “omikron” ştamından ölüm halı qeydə alınıb
Polşada “omikron” ştamından ölüm halı qeydə alınıb10-01-2022, 17:12 |
Polşada koronavirusun “omikron” ştamına yoluxmuş şəxslər arasında ilk ölüm halları qeydə alınıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Səhiyyə Nazirliyi məlumat verib. Məlumatda bildirilir ki, ölkədə 193 nəfərin “omikron” ştamına yoluxduğu müəyyən olunub. Onlardan 2 nəfəri dünyasını dəyişib. 92 və 85 yaşlı hər iki şəxsin virusa qarşı peyvənd olunmadığı bildirilir. Ümumiyyətlə, ötən həftə ərzində Polşada “omikron” ştamına yoluxma hallarının sayında 7-8% artım qeydə alınıb. Nazirliyin məlumatına görə, son sutka ərzində Polşada 11 106 nəfər koronavirusa yoluxub, 13 797 nəfər isə xəstəlikdən sağalıb. Geri qayıt |