Alimlər: “Omikron”la mübarizədə buster doza qaçılmazdır"
Hurriyyet.az "Associated Press"ə istinadən xəbər verir ki, alimlərin bununla bağlı apardıqları tədqiqatların nəticələri ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin saytında və Amerika Tibb Assosiasiyasının Jurnalında dərc edilib.
Tədqiqatlardan birinin müəllifi Emma Accorsi bildirib ki, əlavə doza qəbul etmək xəstəliyə qarşı mübarizəni daha effektiv aparmağa imkan verir.
Bu, ABŞ-da koronavirus peyvəndlərinin "omikron"dan qorunması məsələsini gündəmə gətirən ilk böyük araşdırma hesab edilir.
Alimlərin fikrincə, istifadə olunan peyvəndlər koronavirusun əvvəlki ştamları ilə müqayisədə “omikron”a qarşı daha az effektivdir, lakin revaksinasiya infeksiyaya qarşı müdafiəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Şəffaflıq.az
Facebook-da paylaş