Ədliyyə nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək.
Şəffaflıq.az xəbər verir ki, qəbulda Şamaxı rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Göyçay Regional Ədliyyə İdarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111; əlaqə telefonu: (02027) 4-30-41), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41; 050-661-81-20 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Facebook-da paylaş