Şəmkirdə dayısını 150 dollar borca görə öldürən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən Turan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Əzizov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 26-sı saat 18 radələrində şəhərin S.Vurğun küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev bacısı oğlu, 1989-cu il təvəllüdlü T.Əzizov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
İttihama görə, N.Böyükkişiyev hadisədən əvvəl 2016-cı ildə istintaqa məlum olmayan tarixdə və vaxtda Rusiya ərazisində T.Əzizova borc verdiyi 150 ABŞ dolları məbləğində pulu tələb edib və onun valideynlərinin ünvanına nalayiq ifadələr işlədib. Sərxoş vəziyyətdə olan T.Əzizov dayısına borcunu qaytarmaqdan yaxa qurtarmaq niyyətilə onu mətbəx bıçağı ilə öldürüb.
Daha sonra T.Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}