Ağdaşda qardaşını öldürən qıza hökm oxundu

 Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ü. Ələkbərova 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib.
Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}