Bakıda ərini öldürən qadın 18 il azadlıqdan məhrum edilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən paytaxt sakini Rəna Sofiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, R.Sofiyeva 18 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2019-cu il iyulun 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini Araz Sofiyev evində qətlə yetirilib. Onun həyat yoldaşı Rəna Sofiyeva isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən gün iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.
İstintaq orqanının apardığı araşdırma zamanı məlum olub ki, qətl hadisəsini R. Sofiyeva özü törədib.
Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}