Bakıda kişi xəstəxanada işləyən arvadının başını kəsdi, cəzası ağır oldu - Təfərrüat
Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Faiq İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu ilin iyulun 10-da Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxananın qeydiyyat şöbəsində işləyən 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.
Mübahisə nəticəsində Faiq İbrahimov üzərində gətirdiyi bıçaqla Xavər İbrahimovanın boğazını kəsib.
Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Faiq İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib.
İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib.
İstintaq orqanı tərəfindən Faiq İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.Teleqraf.com
Facebook-da paylaş