Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxsə hökm oxunub
Şəffaflıq.az-ın xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayının 21-də rayonun Qədim Qala kəndində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Alıyev dayısı oğlu V.Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.
İttihama görə, hadisədən bir neçə gün əvvəl B.Alıyev V.Aslanovu şantaj edib. Bibisi oğlunun bu əməlindən bezən V.Aslanov B.Alıyevi odlu silahla öldürüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.
V.Aslanovun barəsində 120.1-ci (Qəsdən adam öldürmə) və 228.1-cü (Qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, B.Alıyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olub.
Facebook-da paylaş