Şabranda 1 yaşlı uşaq tualetə düşərək ölüb
Şabran rayonunda bədbəxt hadisə baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-də rayonun ferma ərazisində qeydə alınıb.
Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş