Şabranda küçədən kişi meyiti tapılıb

 Şabranda 39 yaşlı kişi meyiti tapılıb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, Şabran şəhər sakini 1982-ci il təvəllüdlü Şahin Abdullayev küçədə ölü vəziyyətdə tapılıb.
Hadisə yerinə, həkim briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.
Qeyd edək ki, Ş. Abdullayevin həyat yoldaşının da bir neçə ay əvvəl xərçəngdən vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}