Samur-Abşeron kanalında kişi meyiti tapılıb
Samur-Abşeron kanalında kişi meyiti tapılıb.
Şəffaflıq.az-ın verdiyi məlumata görə, hadisə gecə saatlarında kanalın Şabran rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, meyitin bir neçə gün əvvəl itkin düşən Quba sakini, 54 yaşlı Əlişan Tağı oğlu Fətiyevə məxsus olması ehtimal edilir. Onun hansı şəraitdə kanala düşməsi məlum deyil.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş