Göygöldə 31 yaşlı kişi minaya düşərək ölüb

 Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb.
Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.
O, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}