Xocavənddə mülki şəxs minaya düşüb

 

Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə rayon Prokurorluğu məlumat verib.
Belə ki, martın 13-ü saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}