Noyabrın 5-də Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yaşam Mərkəzinin birgə təşkilatçılığı, və Şamaxı rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.


Noyabrın 5-də Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yaşam Mərkəzinin birgə təşkilatçılığı, və Şamaxı rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.
Şəffaflıq.az xəbər veriri ki,tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, general mayor Polad Həşimovun anası Səmayə Həşimova,SHXÇDX-nin rəisi Pərviz Feyzullayev,İctimai xadim Hacı Quliyev şəhidlərin ailə üzvləri, müharibə veteranları və qazilər eləcədə rayon ictimaiyyəti iştirak ediblər.

İlk öncə tədbir iştirakşıları Şamaxı Şəhidlər Xiyabanını ziyarət edib ehtiram əlaməti olaraq məzarları üstünə təzə tər çiçəklər düzüblər.


Şamaxı rayon Mədəniyyət sarayında baş tutan tədbirdə ilk növbədə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Eyvazova şəhidlərə Allahdan rəhmət, ailələrlərin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək vurğulayıbki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb. 


Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.

Şəhid general-mayorun anası Səmayə Həşimova çıxış edərək şəhid analarına uca Allahdan səbr diləyib. Və belə təşəbbüslərin reallaşdırılmasına görə əməyi keçən insanlara təşəkkür edib. Bildirib ki, general -mayor Polad Həşimovun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyən Səmayə Həşimova qazilərimizə cansağlığı və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıb.Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid anası Güllü Babaşova,qazi Mirmövsüm Eynalov, ictimai xadim Hacı Quliyev və başqaları çıxış edərək, Azərbaycan əsgəri hər zaman Ana Vətənimiz qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməyi bacarıb. Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixiqəhrəmanlıq yolunu getmişdir. 


O tarixi yol ki, uzun və keşməkeşlidir. Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi. 44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama - şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaqlarını vurğulayıblar.GİKİM-in Şamaxı nümayəndəliyinin könüllü gənci Polad Həşimovun həyatı və döyüş yolundan bəhs edən təqdimatla çıxış etdi.
Şəhər 9 saylı və 6 saylı tam orta məktəblərinin tədbirlə bağlı hazırladıqları kompozisiya tədbir iştirakşıları tərəfindən maraqla qarşılanıb.






 Sonda tədbir iştirakçıları birgə xatirə şəkili çəkdiriblər.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}