"General Həşimovun adı əbədiləşdirilməlidir" - Prezident

 

Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq verib.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Vəndam kəndinin yetirməsi olan general Polad Həşimovun namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olduğunu bildirib.

Prezident İlham Əliyev icra hakimiyyətinin başçısına tapşırıq verib ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin.

“Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. 

General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız”, - deyə dövlətimizin başçısı bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}