Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.
Şəfafflıq.az xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.
“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş