Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Noyabrın 5-də Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yaşam Mərkəzinin birgə təşkilatçılığı, və Şamaxı rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.
Noyabrın 5-də Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yaşam Mərkəzinin birgə təşkilatçılığı, və Şamaxı rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.6-11-2021, 23:08 |
![]() Noyabrın 5-də Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yaşam Mərkəzinin birgə təşkilatçılığı, və Şamaxı rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib. ![]() ![]() Şəffaflıq.az xəbər veriri ki,tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, general mayor Polad Həşimovun anası Səmayə Həşimova,SHXÇDX-nin rəisi Pərviz Feyzullayev,İctimai xadim Hacı Quliyev şəhidlərin ailə üzvləri, müharibə veteranları və qazilər eləcədə rayon ictimaiyyəti iştirak ediblər. İlk öncə tədbir iştirakşıları Şamaxı Şəhidlər Xiyabanını ziyarət edib ehtiram əlaməti olaraq məzarları üstünə təzə tər çiçəklər düzüblər. Şamaxı rayon Mədəniyyət sarayında baş tutan tədbirdə ilk növbədə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ![]() ![]() ![]() ![]() Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək vurğulayıbki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. ![]() ![]() Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Şəhid general-mayorun anası Səmayə Həşimova çıxış edərək şəhid analarına uca Allahdan səbr diləyib. Və belə təşəbbüslərin reallaşdırılmasına görə əməyi keçən insanlara təşəkkür edib. Bildirib ki, general -mayor Polad Həşimovun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyən Səmayə Həşimova qazilərimizə cansağlığı və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıb. ![]() ![]() O tarixi yol ki, uzun və keşməkeşlidir. Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi. 44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama - şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaqlarını vurğulayıblar. ![]() Şəhər 9 saylı və 6 saylı tam orta məktəblərinin tədbirlə bağlı hazırladıqları kompozisiya tədbir iştirakşıları tərəfindən maraqla qarşılanıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Sonda tədbir iştirakçıları birgə xatirə şəkili çəkdiriblər. ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |