Tərtər məhkəməsinin qarşısında arvadını öldürən müəllimə hökm oxunub

 Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Şəffaflıq.az-ın xəbərinə görə, hakim Tural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci il iyunun 18-də Tərtər rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri A.Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Tərtər Rayon Məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı A.Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.
A.Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məkbəbində ibtidai sinif müəllimi işləyirdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}